AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə təşkil olunan 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsində daha bir oyuna təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, o, mayın 19-da keçiriləcək A qrupunun Almaniya - Lüksemburq matçında UEFA nümayəndəsi olacaq.
Məhərrəmov daha əvvəl B qrupunda Fransa - Polşa, D qrupunda Şotlandiya - Portuqaliya qarşılaşmalarında iş başında olub.
Qeyd edək ki, Avropa çempionatı iyunun 1-də başa çatacaq.