Futbol üzrə Qazaxıstan Premyer Liqasında komandaların sayı azaldılacaq.
Sportnet.az "Vesti.kz" nəşrinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyasının yeni prezidenti Adilet Barmenkulov qərar verib.
Dəyişikliyin nə vaxt qüvvəyə minəcəyi hələllik bəlli deyil.
Qeyd edək ki, 2021-ci ildən yerli çempionatda 14 klub mübarizə aparır. 2013-cü ildən həmin vaxtadək əsas dəstədə 12 komanda çıxış edib. Azərbaycan millisinin qapıçısı Emil Balayev bu ölkədə "Turan"ın formasını geyinir.