UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, ilk dəfə təşkil olunan turnirin final oyununda Niderland "Feyenoord"nu məğlub edən İtaliya "Roma"sı titula sahib çıxıb.
Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçirilən qarşılaşmanın taleyini 1 qol həll edib. 32-ci dəqiqədə fərqlənən Nikola Zaniolo "canavarlar"a qələbə qazandırıb.
Bu, "Roma"nın 95 illik tarixində 2-ci, komandanın baş məşqçisi Joze Mourinyo isə 5-ci avrokubok titulu olub. Paytaxt təmsilçisi daha əvvəl 1961-ci ildə Yarmarkalar Kubokunu əldə edib. Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşayıb. Mourinyo bununla 3 avrokubok turnirində titul qazanan ilk baş məşqçi olub.
---------------------------------------
Bu gün UEFA Konfrans Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olacaq.
Sportnet.az-ın məlumatına görə, ilk dəfə təşkil olunan turnirin final oyununda İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" komandaları üz-üzə gələcəklər. Albaniyanın paytaxtı Tiranadakı Milli Arenada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.
"Canavarlar" 95 illik tarixində ikinci, komandanın baş məşqçisi Joze Mourinyo isə beşinci kubokunu qazana bilər. Paytaxt təmsilçisi avrokuboklarda yeganə uğuruna 1961-ci ildə o vaxtkı adı ilə Yarmarkalar Kubokuna (indiki Avropa Liqası) sahib çıxmaqla imza atıb. Portuqaliyalı mütəxəssis isə hərəsində 2 dəfə olmaqla Çempionlar Liqası və Avropa Liqasında qələbə sevinci yaşayıb.
"Feyenoord"a gəlincə, Rotterdam təmsilçisi daha əvvəl 1970-ci ildə Çempionlar Liqasının, 1974 və 2002-ci illərdə isə Avropa Liqasının qalibi olub.
UEFA Avropa Liqası
Final
25 may
23:00. "Roma" (İtaliya) - "Feyenoord" (Niderland) - 1:0
Qol: Nikola Zaniolo, 32
Baş hakim: İştvan Kovaç (Rumıniya)
Tirana, Milli Arena.