"Qarşıdakı oyunlarda qələbə qazanmaq istəyirik".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Abbas Hüseynov iyunda UEFA Millətlər Liqasında keçirəcəkləri 4 matç barədə danışarkən deyib.
27 yaşlı müdafiəçi əllərindən gələnin ən yaxşısını etməyə çalışacaqlarını bildirib: "Klublarda hər oyuna necə motivasiya ilə çıxırıqsa, yığmadakı matçlar da elə olacaq".
Qeyd edək ki, iyunun 3-də Qazaxıstanın, iyunun 6-da Belarusun qonağı olacaq Azərbaycan yığması iyunun 10-da Slovakiyanı, 3 gün sonra isə Belarusu qəbul edəcək. (Report)