İtaliyanın "Roma" və Niderlandın "Feyenoord" komandaları arasında keçirilmiş UEFA Konfrans Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.
"Report"un məlumatına görə, bu ada "Roma"nın qapıçısı Ruy Patrisiu, müdafiəçisi Kris Smollinq, yarımmüdafiəçisi Nikola Zaniolo və "Feyenoord"dan Orkun Kökçü iddia edir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. Rəqibini 1:0 hesabı ilə məğlub edən İtaliya təmsilçisi turnirin qalibi olub. "Canavarlar"ın yeganə qolunu Zaniolo vurub.