“Sabah” klubu Azərbaycan milli komandasının futbolçusu Aleksey İsayevlə yeni müqavilə bağlayıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə bağlanmış yeni müqavilənin müddəti 2025-ci ilin mayınadəkdir.
Aleksey İsayev 2020-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, bu müddətdə komandamızın heyətində 50 oyun keçirib, 7 qola imza atıb.