Futbol üzrə Türkiyə Kubokunun qalibi məlum olub.
Sportnet.az xəbər verir ki, Atatürk Olimpiya Stadionunda keçirilən final matçı “Sivasspor”un “Kayserispor” üzərində 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Matçın ilk yarısını "Kayserispor" 1:0 hesabı ilə öndə tamamlasa da, “Sivasspor” 60-cı dəqiqədə bərabərlik qolunu vurub. Sonrakı dəqiqələrdə qapılara qol vurulmayıb və qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb.
Əlavə vaxta sürətli hücumlara başlayan “Sivasspor” 95-ci dəqiqədə hesabda 2:1 önə keçib.
“Kayserispor” bu qola 107-ci dəqiqədə cavab verib və matçda hesabı yenidən bərabərləşdirib.
“Sivasspor”un heyətində oyuna 111-ci dəqiqədə daxil olan Mussa Konate 113-cü dəqiqədə vurduğu qolla komandasına tarixdə ilk dəfə Türkiyə Kubokunu qazandırıb.