İspaniyanın "Barselona" klubu 39 yaşlı futbolçu Dani Alveslə yeni müqavilə bağlamağa yaxındır.
Sportnet.az-ın UOL nəşrinə istinadən məlumatına görə, braziliyalı müdafiəçi bu il Qətərdə keçiriləcək dünya çempionatına getmək istəyir. Bu səbəbdən, Alves karyerasını davam etdirmək niyyətindədir.
O, cari mövsümdə 16 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Təcrübəli futbolçu qazandığı titul sayında rekordçudur.
Qeyd edək ki, Dani Alveş 2008 - 2016-cı illərdə də formasını geyindiyi "Barselona"ya 2021-ci ilin noyabrında qayıdıb və bu mövsümün sonunadək müqavilə bağlayıb.