
İspaniya "Real Madrid"inin futbolçusu Luka Modriç klubla müqaviləsini uzadıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə tanınmış jurnalist Fabritsio Riomano şəxsi tvitterində yazıb.
O bildirib ki, 36 yaşlı yarımmüdafiəçi ilə şifahi razılıq iki ay əvvəl əldə olunub. İndi isə lazımi sənədlər imzalanacaq.
Yeni sözləşmənin 2022/2023 mövsümünün sonunadək olacağı vurğulanıb. Rəsmi açıqlama tezliklə veriləcək.
Qeyd edək ki, Luka Modriç 2021/2022 mövsümündə 45 qarşılaşmada 3 qol və 12 məhsuldar ötürmə müəllifi olub.