
"Nottingem Forest" 23 illik fasilədən sonra İngiltərə Premyer Liqasına yüksəlb.
Spirtnet.az xəbər verir ki, dünyanın ən bahalı matçı hesab olunan Çempionşipin pley-off finalında "Haddersfild Taun"u 1:0 üstələyən "qırmızılar" elitaya vəsiqə ilə yanaşı kassasını 170 milyon funt-sterlinq zənginləşdirib.
Bu məbləğ yayım gəlirləri ilə 300 milyon funt-sterlinqə qədər artacaq.
"Nottingem Forest" əfsanəvi məşqçisi Brayan Klafın rəhbərliyi altında 1978-ci ildə İngiltərə çempionu olub. Həmçinin 2 dəfə (1979, 1980) Çempionlar kubokunu (indiki ÇL) qazanıblar.