"Şamaxı" futbol klubunun Müşahidə Şurasının sədri Zaur Axundov istefa verib.
Sportnet.az-ın məlumatına görə, funksioner işlərinin çoxluğu və vaxt məhdudiyyəti ilə əlaqədar klubda tutduğu vəzifədən ayrılıb.
Qeyd edək ki, Zaur Axundov 2017-ci ildən bu postda çalışırdı.