Azərbaycan millisinin və “Zirə”nin futbolçusu Cəlal Hüseynov karyerasını Bolqarıstanda davam etdirəcək.
Sportnet.az xəbər verir ki, 20 yaşlı müdafiəçi “Arda” klubu ilə anlaşıb.
Bütün detallarda razılığa gələn tərəflər yaxın günlərdə 3 illik rəsmi müqaviləyə imza atacaqlar.
Qeyd edək ki, Cəlal Hüseynov ötən mövsümü icarə əsasında “Şamaxı” komandasında keçirib.