Rusiya Premyer Liqası təmsilçisi "Soçi"nin müdafiəçisi Musu Sissako Azərbaycanın "Neftçi" və "Sabah" klublarının maraq dairəsinə düşüb.
Sportnet.az xəbər verir ki, "Neftçi" 22 yaşlı futbolçunu birdəfəlik almaq şərti ilə icarəyə götürmək istəyir. Klubun malili oyunçuya 250 milyon avro maaş verməyə hazır olduğu vurğulanıb. Bildirilib ki, "Neftçi"nin kapitanı Emin Mahmudovun mümkün gedişini nəzərə alan klub rəhbərliyi Sissako ilə daha çox maraqlanır.
Sayt yazıb ki, "Sabah" da futbolçunu heyətinə qatmaq istəyib. Ancaq tərəflər maliyyə məsələsində razılığa gələ bilməyiblər. Sissoko illik 400 min dollar tələb edib, ancaq "Sabah" Sissako 200 min dollar təklif edib.
Sissako 2022/23 mövsümündə Soçinin heyətində bütün yarışlarda 15 oyuna çıxıb və 1 qol vurub. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə kimi hesablanıb.
Xatırladaq ki, PSJ-nin yetirməsi olan M.Sissako "Soçi"dən əvvəl Belçika "Standard"ında oynayıb.