
Bu gün Misli Premyer Liqasında 1-ci tura yekun vurulub.
Sportnet.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib. "Kəpəz" Gəncədə "Neftçi"ni qəbul edib. Oyunda qonaqlar favorit göstərilsə də, "Kəpəz" doğma meydanda 1:0 hesablı qələbə qazanıb.
Turun son qarşılaşmasında "Qəbələ" "Sabah"ın qonağı olub. Oyun meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
6 avqust
20:00. “Sabah” - “Qəbələ” - 5:0
Qollar: Emmanuel Apeh, 21, Anatoli Nuriyev, 35, Aleksey İsayev, 45, Coy Lens Mikels, 57, Tellur Mütəllimov, 79
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Rauf Allahverdiyev
“Bank Respublika Arena”
17:00. “Kəpəz” - “Neftçi” - 1:0
Qol: Mate Kvirkviya, 44-pen.
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Gəncə şəhər stadionu.
4 avqust
“Araz-Naxçıvan” - “Turan Tovuz” - 0:3
5 avqust
21:00. “Qarabağ” - “Zirə” - 0:1
18:30. “Səbail” - “Sumqayıt - 1:4