Azərbaycan Premyer Liqasında bu gün keçiriləcək iki oyunun növbəti təyinatları açıqlanıb.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Kəpəz" - "Neftçi" matçında VAR-da Rəşad Əhmədov, AVAR-da Eyyub İbrahimov yer alacaq.
"Sabah" - "Qəbələ" qarşılaşmasında isə müvafiq olaraq Rauf Cabarov və Kamran Bayramov iş başında olacaqlar.
Qeyd edək ki, ilk görüş saat 15::00-da, ikinci oyun isə saat 17:30-da başlanacaq.