Portuqaliyanın "Benfika" klubu baş məşqçi Joze Mourinyo ilə yollarını ayırıb.
Sportnet.az Lissabon təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, İspaniya "Real Madrid"i 63 yaşlı mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün 15 milyon avro ödəyib.
Həmçinin Mourinyonun əməkdaşlığın dayandırılmasına razılıq verdiyi vurğulanıb.
"Benfika" paylaşımında "Təşəkkürlər, Joze Mourinyo" sözlərinə yer verib.
Daha əvvəl KİV-də təcrübəli baş məşqçinin Madrid təmsilçisi ilə 2028-ci ilədək müqavilə imzalayacağı, anlaşmada daha bir mövsüm uzadılma bəndinin də yer aldığı barədə xəbərlər yayılmışdı. Mourinyonun "Real Madrid"də illik maaşının təxminən 7-8 milyon avro olacağı bildirilir.
Qeyd edək ki, Joze Mourinyo 2025-ci ilin sentyabrından "Benfika"ya rəhbərlik edirdi. Onun baş məşqçiliyi dövründə komanda bütün turnirlərdə keçirdiyi 45 oyunun 27-də qələbə qazanıb, 10 dəfə heç-heçə edib və 8 dəfə məğlub olub.



















































































