
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, F qrupunda yer alan yığma liderlər qrupunda qərarlaşan İngiltərə ilə qarşılaşıb.
“Azersun Arena”da baş tutan qarşılaşmadan qonaq komanda böyük hesabla qalib ayrılıb. İngiltərə yığmasının 5 qoluna Samir Əliyevin yetirmələri son dəqiqələrdə vurduqları təsəlli topu ilə qarşılıq verə biliblər.
Bununla ingilislər xallarının sayını 15-ə yüksəldiblər. Azərbaycan millisi isə 3 xalda qalıb.
Qeyd edək ki, U-21 millimiz martın 26-da eyni məkanda qrupun lideri Ukraynanı qəbul edəcək.
_______________________________
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, F qrupunda qərarlaşan komandamız İngiltərə ilə üz-üzə gələcək.
Samir Əliyevin yetirmələri güclü rəqibi “Qarabağ Arena”da qəbul edəcək. İlk 4 oyununda 3 xal qazanan komandamız qrupda 4-cü pillədədi. İngilislər isə 5 matçda topladıqları 12 xalla ikincidilər.
Avropa çempionatının seçmə mərhələsi
F qrupu
22 mart
16:00. Azərbaycan U-21– İngiltərə U-21 - 1:5
Qollar: Ramin Nəsirli, 86. - Harvi Elliot, 25. 67. Noni Madueke, 29. Jaden Philogene, 52. Ceyms Qrey, 88
Baş hakim: Antoni Bandiç (Bosniya və Herseqovina)
Bakı, “Qarabağ Arena”
Azərbaycan: 1. Rüstəm Samiqullin, 19. Qurban Səfərov, 13. Seymur Məmmədov, 4. Cəlal Hüseynov, 15. Süleyman Damadayev, 20. Rüfət Əhmədov, 9. Nəriman Axundzadə, 11. Emil Səfərov, 8. Fərid Yusifli (k), 7. Camal Cəfərov, 18. Ağadadaş Salyanski
Ehtiyat oyunçular: Amin Ramazanov, Samir Abdullayev, Zeynəddin Əbdürrəhmanov, Nazim Həsənzadə, Ramin Nəsrili, İbrahim Ramzanov, Abdulla Rzayev, Ayxan Süleymanlı, Murad Vəliyev
İngiltərə: 1. Ceyms Trafford, 3. Kallum Doyle, 23. Natan Vud, 5. Teylor Harvud-Bellis (k), 2. Riko Lyuis, 10. Ceyms MakAti, 6. Tayler Morton, 19. Harvi Elliot, 20. Morqan Rocers, 11. Noni Madueke, 7. Cayden Filoqene
Ehtiyat oyunçular: S.Tikle, Baynoe-Gittens, A.Qray, İ.Junior, Norton-Kuffi, J.Quansah, A.Skott, J.Stansfeyld