Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.
Sportnet.az xəbər verir ki, D qrupunun ikinci matçında Niderland və Fransa yığmaları üz-üzə gəliblər. Görüş qolsuz heç-heçə ilə başa çatıb. Qrupun digər oyununda isə Avstriya Polşanı 3:1 hesabı ilə məğlub edib.
Hazırda Fransa seçməsi 4 xalla turnir cədvəlinə başçılıq edir. Eyni xala malik Niderland isə ikinci pillədə qərarlaşıb. Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
----------------------------------
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qrup mərhələsinin II turunda növbəti oyun keçirilib.
Sportnet.az xəbər verir ki, D qrupunun ilk matçında Polşa və Avstriya yığmaları üz-üzə gəliblər. Görüş avstriyalıların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Avstriyanın heyətində qolları Gernot Trauner, Kristof Baumqartner və Marko Arnautoviç vurub. Polşada isə Kşiştof Pyontek fərqləniblər.
Qrupun digər görüşündə isə Niderland və Fransa komandaları meydana çıxacaqlar. Oyun 23:00-da start götürəcək.
--------------------------------------------
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında növbəti oyun keçirilib.
Sportnet.az xəbər verir ki, E qrupunun II turunun ilk matçında Ukrayna və Slovakiya yığmaları qarşılaşıblar. Görüş ukraynalıların əzmkar qələbəsi ilə başa çatıb - 2:1.
Matçda hesabı 17-ci dəqiqədə slovakiyalılar açıblar. İvan Şrants başla dəqiq oynayıb. İlk hissə Slovakiya seçməsinin üstünlüyü ilə yekunlaşıb.
İkinci yarıya daha fəal və istəkli başlayan Ukrayna millisi geridönüş edə bilib. 54-cü dəqiqədə Mikola Şaparenko, 80-ci dəqiqədə isə Roman Yaremçuk fərqləniblər.
Bu nəticə ilə xallarını 3-ə çatdıran Ukrayna yığması 2-ci pilləyə yüksəlib. Eyni xala malik Slovakiya 3-cüdür. Qrupa 3 xalla Rumıniya başçılıq edir. Xalı olmayan Belçika isə sonuncudur.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
-----------------------------------------------------------------
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün II turun növbəti 3 oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, qarşılaşmalar D və E qruplarında baş tutacaq.
Günün ilk görüşü E qrupunda Slovakiya və Ukrayna komandaları arasında oynanılacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 17:00-da səslənəcək.
D qrupun ilk görüşündə Polşa ilə Avstriya yığmaları üz-üzə gələcək. Matç saat 20:00-da başlayacaq.
Günə D qrupunun Niderland-Fransa oyunu ilə yekun vurulacaq. Qarşılaşma saat 23:00-da start götürəcək.
Qeyd edək ki, Avropa çempionatı iyulun 14-də başa çatacaq.
AVRO-2024
21 iyun
II tur
E qrupu
17:00. Slovakiya - Ukrayna - 1:2
Baş hakim: Maykl Oliver (İngiltərə).
Düsseldorf, "Esprit Arena".
D qrupu
20:00. Polşa - Avstriya - 1:3
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Berlin Olimpiya Stadionu.
23:00. Niderland - Fransa
Baş hakim: Entoni Teylor (İngiltərə).
Leyptsiq, "Red Bull Arena".