
Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının qrup mərhələsində II tura yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, qarşılaşmalar E və F qruplarında baş tutub.
F qrupunda Gürcüstan və Çexiya yığmaları üz-üzə gəliblər. Görüşdə qalib müəyyənləşməyib - 1:1. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qrupun digər görüşündə Türkiyə ilə Portuqaliya qarşılaşıb. "Ay-ulduzlular" rəqibinə 3 cavabsız qolla uduzub.
E qrupunda isə Belçika və Rumıniya milliləri münasibətlərini aydınlaşdırıb. Oyun "qırmızı şeytanlar"ın inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
AVRO-2024
22 iyun
II tur
F qrupu
17:00. Gürcüstan - Çexiya - 1:1
Baş hakim: Daniel Zibert (Almaniya).
Hamburq, “Folksparkştadion”.
20:00. Türkiyə - Portuqaliya - 0:3
Baş hakim: Feliks Şvayer (Almaniya).
Dortmund, "Siqnal İduna Park".
E qrupu
23:00. Belçika - Rumıniya - 2:0
Baş hakim: Şimon Marçinyak (Polşa).
Köln, “Reyn Enerqi” stadionu.