
Sportnet.az “OneFootball”a istinadən xəbər verir ki, 37 yaşlı hücumçu Amerika Kubokunun A qrupunda Kanada (2:0) və Çili (1:0) ilə oyunlarda meydana çıxıb. O, bu qarşılşamaların heç birində rəqib qapılarına yol tapa bilməyib. L.Messi Peru ilə matçda zədə səbəbindən meydana çıxa bilməyib. Buna baxmayaraq onun komandası 2:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, futbolçu 2010-cu ildə təşkil olunan dünya çempionatından sonra ilk dəfə olaraq böyük turnirin qrup mərhələsində millinin heyətində qol vura bilməyib. Argentina yığması Amerika Kubokunda 1/4 finalda mübarizə aparmaq hüququ qazanıb.