
"Püşkün nəticəsi maraqlı oldu".
Sportnet.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət "Neftçi"nin rəqibi olan "Sankt Polten" klubunun baş məşqçisi Lize Brakao deyib.
O, Çempionlar Liqasının I mərhələsinin qrup oyunlarının püşkünü dəyərləndirib. 43 yaşlı mütəxəssis ən ciddi rəqibin Albaniya “Vlazniya”sı olduğunu düşünür: “2 il əvvəl albanlar qrup mərhələsində çıxış edirdilər. Amma biz “Neftçi”yə də yuxarıdan aşağı baxmayacağıq. Matçlara yaxşı hazırlaşacağıq. 2 oyunda da qalib gəlib növbəti mərhələyə yüksəlmək istəyirik”.
Qeyd edək ki, 4 komandanın mübarizəsinə Lançxuti şəhəri ev sahibliyi edəcək. “Neftçi” sentyabrın 4-də baş tutacaq yarımfinalda “Sankt Polten”lə (Avstriya) üz-üzə gələcək. Digər matçda yerli “Lançxuti” “Vlazniya”nı sınağa çəkəcək. Ayın 7-də final və 3-cü yer uğrunda qarşılaşma təşkil olunacaq. Yalnız qrup qalibi 2-ci mərhələyə yüksələcək.