
"Qarabağ"ın futbolçusu Olavio Juninyo zədələnib.
Sportnet.az xəbər verir ki, hücumçu Bakıda "Bayer"ə qarşı keçirilən Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda sıradan çıxıb.
84-cü dəqiqədə onu Nəriman Axunzadə əvəzləyib.
Qeyd edək ki, Azərbaycan çempionu hazırda hesabda öndədir.