
Sabah Azərbaycan futzal yığması tarixi matça çıxacaq. Sportnet.az-ın məlumatına görə, futzalçılarımız tarixində ilk dünya çempionatının final mərhələsində çıxış etməyə çox yaxındır. Bunun üçün sadəcə, Hollandiya yığması ilə Bakıdakı cavab matçında vəsiqəni rəsmiləşdirmək lazımdır.
Bakı İdman Sarayında saat 20:00-da başlayacaq oyun ona görə bizim üçün formal xarakter daşıyır ki, futzal millisi martın 22-də Hollandiyadakı ilk matçda 5:1 hesablı inamlı qələbə qazanıb. Deməli, rəqibə cütün qalibi olmaq üçün Azərbaycanda 5 top fərqli qələbə qazanmaq lazımdır. Bu isə real görünmür. Hər halda, futboldan fərqli futzalda Azərbaycanla Hollandiya arasında qüvvələr nisbəti aşkar bizim xeyrimizədir.
Qeyd edək ki, Azərbaycan futzal yığması indiyədək Avropa çempionatının final mərhələsində 3 dəfə oynasa, hətta 4-cü yer tutsa da, dünya çempionatının həlledici mərhələsinə çıxa bilməyib. Qarşıdakı undual bu ilin sonunda Kolumbiyada keçiriləcək.