Bu il Kolumbiyada keçiriləcək futzal üzrə dünya çempionatının final mərhələsinə Avropa zonasından 4 yığma komanda vəsiqə qazanıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycanla yanaşı, Qazaxıstan, Rusiya və Ukrayna milli komandaları həlledici mərhələyə yüksəliblər. Göründüyü kimi, ilk vəsiqələrin sahibləri postsovet məkanı təmsilçiləri olublar.
Qazaxlar səfərdə 1:1 hesablı bərabərliyə qaldığı Polşanı evdə darmadağın ediblər – 7:0. Ruslar rəqib meydanında 4:1 hesabı ilə yendikləri Belarusla öz meydanında 2:2 hesablı bərabərliyə qalsalar da, cütün qalibi olublar. Ukrayna Sloveniyanı həm səfərdə (6:0), həm də evdə (5:1) inamla məğlub edib.
Avropada daha 2 qalib İspaniya – Sloveniya (0:1), Portuqaliya – Serbiya (2:1) müəyyənləşib. İspanlar evdə 5:1 hesablı qələbə qazanmaqla sensasiyaya imkan verməyiblər. Portuqallar isə öz meydanında da 2:1 hesabı ilə qalib gəliblər.
Avropadan son vəsiqənin sahibi sabah İtaliya – Macarıstan (3:0) matçında müəyyənləşəcək.