
“Çox xoşbəxtəm ki, bu tarixin turnirin bir parçası olacağam".
Sportnet.az xəbər verir ki, bunu UFC döyüşçüsü Boqdan Qrad Bakıda keçiriləcək turnirdən öncə təşkil olunan mətbuat konfransında deyib.
30 yaşlı avstriyalı idmançı 3 raund döyüşməyə hazır olduğunu söyləsə də, vaxtından əvvəl qalib gəlmək istədiyini vurğulayıb: "UFC-nin bir parçası olmaq başqa bir səviyyədir. Yenə də xoşbəxtəm. Məncə, Avropada haml məni dəstəkləyəcək. Hazırda Muhammad Nayimovla döyüşü düşünürəm. Amma gəlin, bu döyüşü gözləyək. Daha sonra növbəti rəqib barədə düşünərik. Mənim öz yolum var. UFC-nin mənimlə bağlı planı varsa, hazıram”.
O, öz yolundan dönməyəcəyini də vurğulayıb: “Yoldaşım burdadır. O, daha yaxşı şefdir. Keçmişə qayıtsam, öz yolumdan dönməməliyəm. Sadəcə, daha yaxşısını etməliyəm”.
Qeyd edək ki, Boqdan Qrad orta yüngül çəki dərəcəsində Məhəmməd Nayimovla qarşılaşacaq. Bakı Kristal Zalında baş tutacaq turnir iyunun 21-də keçiriləcək.