
“Nazim Sadıxova hörmət edirəm. İkimiz də döyüşməyi xoşlayırıq. Qarşılıqlı hörmətimiz olsa da, bu, əsl müharibə olacaq”.
Sportnet.az xəbər verir ki, bunu UFC döyüşçüsü Nikolas Motta Bakıda keçiriləcək turnirdən öncə təşkil olunan mətbuat konfransında deyib.
32 yaşlı braziliyalı idmançı Sadıxovun öz vətənində olduğunu söyləyib: “Onunla daha əvvəllər qarşılaşa bilərdik. UFC-yə başqa təşkilatda döyüşərək gəlmişik. Döyüş üslubumuza görə qarşılaşma maraqlı keçəcək. Bakıda insanlar mehribandılar. Kiminsə məni aşağılacağını gözləmirəm”.
UFC iştirakçısı nəinki 3 raund, daha çox döyüşmək gücündə olduğunu qeyd edib: “Bəli, tam hazıram. Çox yaxşı məşq keçmişəm. 3 yox, 4 və ya 5 raund da döyüşməyə hazıram”.
O. Rafael Fiziyev - İqnasio Baxamondes döyüşünün qalibi ilə mümkün görüşü barədə də fikir bildirib: “Reytinqli döyüşçülərlə qarşılaşmaq istəyərdim”.
Qeyd edək ki, Nikolas Motta yüngül çəki dərəcəsində azərbaycanlı Nazim Sadıxovla qarşılaşacaq. Bakı Kristal Zalında baş tutacaq turnir iyunun 21-də keçiriləcək.