Beynəlxalq Olimpiya Komitəsi Rusiya idmançılarını 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarından kənarlaşdırmayıb. Sportnet.az-ın məlumatına görə, İOC dünya idman federasiyalarına rusiyalı idmançıları olimpiadaya buraxma məsələsini sərbəst həll etmək hüququ verib.
Beləliklə, qonşu ölkədən "Rio-2016"da yalnız atletlər mübarizə aparmayacaqlar. Onları Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası kənarlaşdırıb. Bundan başqa, əvvəllər dopinq problemləri olan rusiyalı idmançılar da olimpiadaya getməyəcəklər.
Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçiriləcək.