1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Daha 3 boksçumuz 1/4 finalda
Türkiyənin Samsun şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Olimpiya Təsnifat Turnirində Azərbaycanın daha 3 boksçusu mərhələ adlayıb. Sportnet.az-ın məlumatına görə, 56 kq çəki dərəcəsndə döyüşən dünya çempionu Cavid Çələbiyev moldovalı rəqibi Vyaçeslav Qoyanı məğlub edib.
Rinqə çıxan digər boksçumuz 81 kq çəki dərəcəsində mübarizə aparan, London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov olub. Gürcü əsilli rusiyalı boksçu Giorgi Kuşitaşvili ilə qarşılaşan Məmmədov qalib gəlib. 91 kq-da döyüşən Abdulkadir Abdullayev isə litvalı boksçu Tadas Tamasauskasla üz-üzə gəlib. İdmançımız rəqibi üzərində qələbə qazanaraq növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, bu gün turnirin 5-ci günündə 49 kq çəki dərəcəsində Rüfət Hüseynov ispaniyalı Samuel Karmona ilə qarşılaşır. Qadınların 60 kq çəki dərəcəsində mübarizəsini davam etdirən Yana Alekseyevna isveçli Anye Aleksiussonla döyüşəcək. 64 kq çəkili kişilərin yarışında Lorenso Sotomayor yunanıstanlı Aleksandros Tsanikidislə üz-üzə gəlir. Yarımfinal uğrunda 81 kq-da Teymur Məmmədov türkiyəli Mehmet Ünalla, 91 kq-da Abdulkadir Abdullayev irlandiyalı Darren Onillə, ən ağır çəkidə (+91) Məhəmmədrəsul Məcidov isə uğrunda italiyalı boksçu Quido Vianello ilə döyüşəcək.