"Çox sevinirəm ki, öz torpağımızda düşmənimizi yenərək, bayrağımızı qaldırdim". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarlarında Ermənistan təmsilçisi Roman Amoyanı yenərək, bürünc medal qazanan Azərbaycan yunan-Roma güləşçisi Elman Muxtarov deyib.
59 kq çəki dərəcəsində çıxış edən güləşçi bildirib ki, heç vaxt Amoyana uduzacağını ağlına gətirməyib. Baxmayaraq ki, rəqibi son olimpiadaların qalibi olub. Muxtarov Amoyanı dəfələrlə məğlub etmiş Azərbaycanın digər yunan-Roma güləşçisi Rövşən Bayramovun da tövsiyələrindən yararlandığını açıqlayıb: "Görüşə çox rahat çıxmışdım. Bilirdim ki, qalib gələcəyəm. Amma ən çox düşmənimizi yendiyim üçün sevinirəm".
O, yarımfinalda məğlubiyyətini isə norveçli Stiq Andre Berqlə 1/4 final qarşılaşmasında çox yorulması ilə əlaqələndirib.