Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə gənclər arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisi daha 2 medal qazanıb. Sportnet.az-ın məlumatına görə, sərbəst güləşçilərimizdən Səid Həmidov (120 kq) qızıl, Hacımurad Məmmədsəidov (84 kq) gümüş medala sahib olub.
İlk yarış günündə isə Vurğun Əliyev (60 kq) və Murad Süleymanov (74 kq) bürünc medalla kifayətlənib. Beləliklə, çempionatı 1 qızıl, 3 bürünc medalla başa vuran sərbəst güləş millimiz komanda hesabında 47 xalla üçüncü olub. Türkiyə 62 xalla ikinci, Rusiya 72 xalla birinci olub.
55 kq
1/8 final - Sezgin Pişmişoğlu (Türkiyə) - Əfqan Xaşalov 5:4
66 kq
1/16 final. Mixael Buxer (İsveçrə) - Teymur Məmmədov - 0:10
1/8 final. Teymur Məmmədov - Enes Uslu (Türkiyə) - 3:4
Təsəlliverici görüş. Aymar Andruse (Estoniya) - Teymur Məmmədov - 0:7
Təsəlliverici görüş. Teymur Məmmədov - Hakob Avetisyan - (Ermənistan) - 8:1
Bürünc medal görüşü. Teymur Məmmədov - Avtandil Kentçadze (Gürcüstan) - 2:13
84 kq
1/8 final. Hacımurad Məhəmmədsəidov - Sargis Hosepyan (Ermənistan) - 8:5
1/4 final. Hacı Rəcəbov (Rusiya) - Hacımurad Məhəmmədsəidov - 7:2
Təsəlliverici görüş. Villiam Raffi (İtaliya) - Hacımurad Məhəmmədsəidov - 0:2 (təmiz qələbə)
Bürünc medal görüşü. Kristof Sadovik (Polşa) - Hacımurad Məhəmmədsəidov - 0:11
120 kq
1/4 final. Yaroslav Ponomarenko (Ukrayna) - Səid Həmidov - 3:14
1/2 final. Səid Həmidov - Zəlimxan Xizriyev (Rusiya) - 8:0 (təmiz qələbə)
FİNAL. Yunus Emre Dede (Türkiyə) - Səid Həmidov - 3:14