Nəhayət, DÇ-2018-in Avropa zonası üzrə püşkatma mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, püşk nəticəsində 52 ölkə 9 qrupa bölünüb.
Azərbaycan millisi C qrupuna düşüb. Bu qrupda 6 komanda yer alıb. Onlardan 1-cisi Almaniya, 2-cisi Çexiya, 3-cüsü Şimali İrlandiya, 4-cüsü Norveç, 5-cisi Azərbaycan, 6-cısı San-Marinodur.
Püşk nəticəsində qrupların tərkibi belə müəyyənləşib:
A QRUPU: Lüksemburq, Belarus, Bolqarıstan, İsveç, Fransa, Hollandiya
B QRUPU: Andorra, Latviya, Farer adaları, Macarıstan, İsveçrə, Portuqaliya
C QRUPU: San Marino, AZƏRBAYCAN, Norveç, Şimali İrlandiya, Çexiya, Almaniya
D QRUPU: Gürcüstan, Moldova, İrlandiya, Serbiya, Avstriya, Uels
E QRUPU: Qazaxıstan, Ermənistan, Monteneqro, Polşa, Danimarka, Rumıniya
F QRUPU: Malta, Litva, Sloveniya, Şotlandiya, Slovakiya, İngiltərə
G QRUPU: Lixtenşteyn, Makedoniya, İsrail, Albaniya, İtaliya, İspaniya
H QRUPU: Kipr, Estoniya, Yunanıstan, Bosniya və Herseqovina, Belçika
İ GRUBU: Finlandiya, Türkiyə, Ukrayna, İslandiya, Xorvatiya
***
21:41. DÇ-2018-in püşkü Afrika, KONKAKAF, Cənubi Amerika və Okeaniya zonaları üçün atıldı
Rusiyanın Sankt-Peterburq şəhərində DÇ-2018-in ilkin mərhələsinin püşkatma mərasimi başlayıb. Sportnet.az-ın məlumatına görə, əvvəlcə qitələrarası "pley-off" mərhələsinin püşkü atılıb.
Rusiya birbaşa, 29 ölkə qitələrarası seçmə tsikllərdən dünya çempionatına vəsiqə qazanacaqlar. Qalan 2 vəsiqə məhz qitələrarası kəsişmənin oyunlarından sonra sahibini tapacaq. Nəticədə Şimali Amerika - Asiya, Okeaniya - Cənubi Amerika cütlüyü formalaşıb.
Afrika zonasında ilk 2 mərhələnin püşkatma mərasimində komandalar bir-biri ilə 3 dövrəlik mürəkkəb olimpiya sistemi ilə cütlüklərə bölünüblər.
Asiya zonasında seçmə mərhələ artıq başladığından, bu qitənin ölkələri üçün püşkatma keçirilməyib.
Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri (KONKAKAF) üçün püşkatma nəticəsində qrupların tərkibi belə formalaşıb:
A qrupu: Meksika, Honduras, Kürasao - Salvador cütünün qalibi, Kanada - Beliz cütünün qalibi
B qrupu: Kosta-Rika, Panama, Qrenada - Haiti cütünün qalibi, Yamayka - Nikaraqua cütünün qalibi
C qrupu: ABŞ, Trinidad və Tobaqo, Sent-Vinsent və Qrenadinı - Aruba cütünün qalibi, Antiqua və Barbuda - Qvatemala cütünün qalibi
Okeaniya zonası üçün də püşk atılıb. Qrupların tərkibi belə müəyyənləşib:
A qrupu: Taiti, Yeni Kaledoniya, ilkin raundun qalibi, Papua-Yeni Qvineya
B qrupu: Yeni Zelandiya, Solomon Adaları, Fici, Vanuatu
Cənubi Amerika zonasında püşkatma nəticəsində təqvimi müəyyənləşdirmək üçün yer bölgüsü belə olub:
1. Kolumbiya
2. Çili
3. Paraqvay
4. Argentina
5. Braziliya
6. Ekvador
7. Venesuela
8. Boliviya
9. Peru
10. Uruqvay
İlk turda görüşəcəklər:
Kolumbiya - Peru
Çili - Braziliya
Boliviya - Uruqvay
Venesuela - Paraqvay
Argentina - Ekvador
***
13:05. Futbol ulduzları millimizin rəqiblərini müəyyənləşdirir
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |