
Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, yığmamız C qrupuna düşüb. Bu qrupda 6 komanda yer alıb.
Onlardan 1-cisi Almaniya, 2-cisi Çexiya, 3-cüsü Şimali İrlandiya, 4-cüsü Norveç, 5-cisi Azərbaycan, 6-cısı San-Marinodur. Millimiz bu komandalardan Norveçlə hazırda AVRO-2016-nın seçmə mərhələsində də eyni qrupda mübarizə aparır. Almaniya və Şimali İrlandiya da əvvəlki seçmə tsikllərdə müxtəlif vaxtlarda komandamızla eyni qrupda olub. Çexiya və San-Marino isə ilk dəfə millimizə rəqib olub.
Final mərhələsinə birbaşa yüksəlmək üçün qrupda 1-ci yeri tutmaq lazımdır. 2-ci yerin sahibi isə digər qruplardan birində eyni pilləni tutan komanda ilə "pley-off" oynayacaq.