
Bu gün DÇ-2014-də ilk yarımfinalçı müəyyənləşəcək. Sportnet.az-ın məlumatına görə, 1/4 finalda Fransa və Almaniya yığma komandaları üz-üzə gələcəklər.
Hər iki komanda qrup mərhələsini qalib kimi başa vuraraq, 1/8 finala adlayıb. Maraqlıdır ki, həm Fransa, həm də Almaniya yığması 1/4 finala gedən yolda Afrika təmsilçilərinə qalib gəlib. Lakin "Bundestim"dən fərqli olaraq, Didye Deşamın rəhbərlik etdiyi komandaya Nigeriya ilə matçda qalibi müəyyən etmək üçün 90 dəqiqə kifayət edib. Almaniya isə Əlcəzairə gücünü göstərmək üçün 120 dəqiqəyə ehtiyac duyub.
Eyni zamanda, Almaniyanın 7 futbolçusunun qrip xəstəliyinə yoluxması bu yığmanın işini çətinə sala bilər. Ancaq tarixən almanlar ən çətin vəziyyətlərdən çıxmağı bacaran milli komanda kimi özlərini dəfələrlə sübut ediblər.
Fransa millisi isə bu oyuna psixoloji baxımdan daha rahat çıxacaq. Çünki məğlub olsalar belə, onları qınamayacaqlar. Məhz bu faktor onların lehinə işləyə bilər.
Rio-de-Janeyro şəhəri. "Marakana" stadionu.
Matçöncəsi maraqlı məqamlar
- Fransa və Almaniya yığmaları dünya çempionatlarında 10 dəfə üz-üzə gəliblər. Bunlardan 5-də fransızlar qalib gəliblər. Almanlar isə cəmi 2 dəfə seviniblər.
- Şəxsi görüşlərində tarix ərzində Fransanın ən böyükhesablı qələbəsi 3:0-dır. Almanlar isə Fransanın qapısından 4 cavabsız top keçirə biliblər.
- Almaniya yəğması 3 dəfə dünya çempionu olmaqla yanaşı, 4 dəfə də mundialın finalınadək irəliləyib.
- Dünya çempionatları tarixində Fransa 96 qola imza atıb. Yalnız Braziliya, Almaniya, İtaliya və Argentina yığmaları fransızları bu göstəricidə qabaqlayırlar.
Fransa: 1. Lloris, 2. Debuşi, 3. Evra, 4. Varan, 5. Şako (Koselni, 71), 6. Gabaye (Remi, 73), 8. Valbuena (Jiru, 84), 10. Benzema, 11. Qrizman, 14. Matuidi, 19. Poqba.
Vərəqələr: Xedira, 54. Şvaynştayqner, 80 - hər ikisi sarı
dəq 3. Oyunun əvvəli kəşfiyyat xarakteri daşıyır.
dəq. 8 Benzemanın zərbəsi qapıdan az aralı keçdi.
dəq. 13 Lam Fransanın kəsərli hücumunun qarşısını alır
dəq. 13 Kroosun ötürməsindən sonra Hummels baş zərbəsi ilə hesabı açır - 0:1
dəq. 18 Qoldan sonra tərəflər oyunun tempini aşağı salmasalar da, qapılar qarşısında təhlükə yaranmır.
dəq. 25 Debuşi Klozeni cərimə meydançasında yerə sərsə də, hakimin fiti susur.
dəq. 30 Fransanın müdafiə xəttində aşkar boşluqlar sezilir.
dəq. 34 Fransadan möhtəşəm hücum. Lakin Noer Valbuenanın yaxın məsafədən endirdiyi zərbəyə əla reaksiya göstərir. Benzemanın təkrar zərbəsi isə müdafiəçilərdən dönür.
dəq. 38 Xedira yüngül zədə alır. Həkimələrin oyuna daxil olması tempin bir qədər düşməsinə səbəb olur.
dəq. 41 Benzemanın baş zərbəsindən sonra penalti etirazları olsa da, argentinalı referi topun ələ dəymədityini işarə edir. Qərar tam haqlıdır.
Fasilə
dəq. 50 İkinci hissə fransızların hücumları ilə başlayıb. Sanki ilk yarının debütünün təkrarını izləyirik.
dəq. 54. Xedira Qrizmanın futbolkasından çəkərək, sürətli hücumun qarşısını alır. Pitana bu epizodda haqlı olaraq, almaniyalı futbolçuya rəsmi xəbərdarlıq edir.
dəq. 59. Matuidi sol cinahla cərimə meydançasına daxil olaraq, kəskin ötürmə edir. Ancaq illərin təcrübəsi - Şvaynştayqner təhlükəni sovuşdurur.
dəq.64 Almaniya yığması ənənəvi üslubundadır. Hesabda önə keçdikdə, bu yığma tarixən xırda follar hesabına oyunun tempini öldürməyi bacarıb.
dəq. 68 Şürle Klozenin əvəzinə meydana daxil olur.
dəq. 70 Görəsən Deşam nəyi və ya kimi gözləyir? Sona 20 dəqiqə qalıb. Fransa yenik durumda. Bəlkə Fransa yığmasının məşqçisinin saatı işləmir?
dəq. 72. Deyəsən Deşam bizi eşitdi. Deşam ardıcıl 2 əvəzetməyə əl atır.
dəq. 76. Fransa yığması rəqibini cərimə meydançasını mühasirəyə alıb.
dəq. 80 Şvaynştayqner Qrizmana qarşı kobudluq edir - sarı vərəqə
dəq. 81. Fransa yığmasının olduqca təhlükəli hücumundan sonra top qapının bir neçə santimetrliyindən keçir.
dəq. 82. Almanların təhlükəli əks-hücumu və Lloris komandasını xilas edir.
dəq.87 Fransanın "bir atımlıq barıtı" var imiş. Kütləvi əvəzetmələrdən sonra 3-4 dəqiqəlik fəallaşan "üçrənglilər" "söndülər". Elə təəssürat yaranır ki, hesabda geri olan Fransa yox, Almaniyadır.
dəq. 90 Hakim əsas vaxta 4 dəqiqə əlavə edir.
90+3. Benzema 1200 faizli qol imkanını qaçırdı
Matç sona çatdı. Almaniya DÇ-2014-ün ilk yarımfinalçısı olur.