
Braziliya milli komandasının aparıcı futbolçusu Neymar DÇ-2014-də bir daha meydana çıxmayacaq. Sportnet.az-ın məlumatına görə, buna hücumçunun Kolumbiya ilə 1/4 final matçında aldığı zədə səbəb olub.
Yığmanın həkimi Rodriqo Lazmar oyunun sonlarında xəsarət alan Neymarın bel fəqərəsinin qırıldığını bildirib. Lazmar 22 yaşlı forvardın əməliyyata ehtiyacının olmadığını, amma bərpasına 4 - 6 həftə vaxt lazım gələcəyini açıqlayıb. Neymar bu gün diaqnozunun dəqiqləşdirilməsi üçün daha bir müayinədən keçəcək.
Qeyd edək ki, Kolumbiya ilə matçda 2:1 hesablı qələbə qazanan Braziliya millisinin yarımfinalda rəqibi Almaniya olacaq.