1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əfran İsmayılovdan "Bakı"ya etiraz: "Mənə deyirlər pul ver, transfer vərəqəni al"
"Bakı" klubunun və Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılovun Sportnet.az-a müsahibəsi
- Hazırda klubunuzda vəziyyət nə yerdədir?
- Özümüz də bilmirik necə olacaq. Hələ ki, transfer vərəqəmizi ala bilmirik. Bu olmayandan sonra hansısa klubla danışmağın nə mənası? Əsas transfer vərəqəsidir.
- Hazırda danışıqlar apardığınız klubun "Xəzər Lənkəran" olduğu bildirilir...
- Danışdığım klublar var. Ancaq transfer vərəqəsini almayandan sonra necə hərəkət edim? Hamı deyir transfer kağızını gətir, söhbət edək. Türkiyə klublarından da təkliflər var. Bu dəqiqə fikrimi qardaş ölkə çempionatına yönəltmişəm.
- Sizə də təkliflər Türkiyənin I Liqasındandır?
- Super Liqadan da, I Liqa klublarından da maraqlananlar var. Ancaq əsasən diqqətimi I Liqa təmsilçilərinə yönəltmişəm.
- Cavid Hüseynov "Bakı"nın ona olan borcu müqabilində transfer kağızını aldı. Siz də borcunuzun silinməsi qarşılığında transfer vərəqəsini almağa razı olarsınız?
- Mənə olan borc Caviddən daha çoxdur. Mən bütün pulumu verirəm onlara. Buna baxmayaraq problem yaradırlar.
- Hüseynov konkret olaraq 150 min dollar borcun olduğunu bildirib. Sizə nə qədər borc var?
- Mən açıqlamayacağam. Ancaq deyə bilərəm ki, bu rəqəm Cavidə olan borcdan çoxdur.
- Əgər siz transfer vərəqəsini almaq üçün borcun silinməsinə razısınızsa, klub niyə bu təklifi qəbul etmir?
- Mənə deyirlər ki, pul gətir, transfer vərəqəni verək.
- Bu barədə Yaşar Seyidov və ya Zeynal Məmmədovla danışmısınız?
- Elə adam da yoxdur ki, 1 nəfərlə oturub söhbət edəsən. Klubda heç kim yoxdur.
- Konkret olaraq kim səndən pul istəyir?
- Klub meneceri ilə danışmışam. O mənə "Rəhbərlik deyir ki, pul gətir, transfer vərəqəni al" söyləyir. Mən öz pulumu ala bilmirəm, niyə onlara pul verim? Bütün pulları halal edirəm, təki transfer vərəqəmi versinlər. Axırda ortalıqda qalan Raufla mən olacağam. Bu işin axırı necə olacaq?
- Deməli sizə olan borcu qaytarmırlar, üstəlik də transfer vərəqənizi qaytarmaq üçün əlavə pul tələb edirlər?
- Bəli, bilmirəm ki, nə olacaq. Yenə deyirəm, mən bütün pullarımı halal edirəm. Ancaq mənim transfer vərəqəmi versinlər.
Rövşən ƏHLİMANOĞLU