"Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynova bəraət verilməsi üçün onun vəkili Adəm Məmmədovun Bakı Şəhər Prokurorluğuna təqdim etdiyi vəsatətə baxılıb. Sportnet.az xəbər verir ki, bu barədə "Report"a A.Məmmədov bildirib.
Bakı Şəhər Prokurorluğuna təqdim edilən vəsatət təmin olunmayıb, rədd edilib.
Qeyd edək ki, C.Hüseynovun vəkili A.Məmmədov jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə bağlı açılmış cinayət işinə görə həbs edilmiş "Qəbələ" klubunun sabiq kapitanına bəraət verilməsini istəyib.