
Malta "Valletta"sının baş məşqçisi Cilbert Agius Ağdamın "Qarabağ" klubu ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu öncəsi fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, gənc mütəxəssis Azərbaycan çempionunun şanslarını daha yüksək qiymətləndirib.
Agius illüziyalara qapılmamağı tövsiyə edib. O, Qurban Qurbanovun rəhbərlik etdiyi komandayla ilk oyundakı məqsədləri haqda da danışıb: "Evdəki oyunda qolsuz bərabərliyə imza atsaq, bunu uğur sayacağam. Futbolçularımın fərdi keyfiyyətlərinə bələdəm. Onlar 90 dəqiqə ərzində rəqibə başağrısı olmaq iqtidarındadırlar".
Baş məşqçi ötən illə müqayisədə zəiflədiklərini də etiraf edib: "Komandamızı bir neçə aparıcı futbolçusu tərk edib. Özü də legionerlərin gedişi daha təsirli olub. Məhz onların səyləri nəticəsində "Valletta" ötən mövsüm ölkə çempionu olub".