Rusiyanın paytaxtı Moskvaşəhərindəgüləş üzrə Avropa Millətlər Kuboku
turniri start götürüb. Komanda yarışı xarakterli turnirdə Azərbaycanla yanaşı,
Rusiya, Türkiyə, Ukrayna, Belarus, Macarıstan, Bolqarıstan, İsveç yığmaları
iştirak edir.
İlk gün qadın güləşçilər mübarizə aparıb. Reqlamentə əsasən, komandalar iki
yarımqrupda yarışıb. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan güləşçiləri
Ukrayna və Bolqarıstanla eyni yarımqrupda mübarizə aparıb. Qadın güləşçilərimiz
hər iki görüşü 5:3 hesablı qələbə ilə başa vuraraq yarımqrupu ilk sırada
tamamlayıb. Digər yarımqrupda Rusiya güləşçiləri birinci olub. Yarımqrupda
birinci yeri tutan komandalar finalda qarşılaşır.
Beləliklə, Avropa Millətlər Kuboku turnirində qadın güləşçilərin mübarizəsində final görüşü Azərbaycan və Rusiya yığmaları arasında olub. Azərbaycan yığması Avropa Millətlər Kubokunu ikinci sırada tamamlayıb və güləşçilərimiz turnirin gümüş mükafatına layiq görülüb.
Avropa Millətlər Kuboku
Qadınlar
Final
Rusiya - Azərbaycan - 8:0
48 kq Nadejda Fyodorova - Patimat Baqomedova - 7:6
53 kq Nataliya Malişeva - Solmaz Həşimzadə - 12:0
55 kq İrina Oloqonova - Alyona Kolesnik - 8:6
58 kq Valeriya Koblova - İrina Netreba - 5:0
60 kq Jorqalmad Tsirenova - Nataliya Sinişin - 5:0
63 kq İnna Trajukova - Elmira Qəmbərova - 7:4
69 kq Nataliya Vorobyova - Nadya Sementsova - 2*:4
75 kq Alyona Starodubtseva - Gözəl Zutova - 13:3