1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mahir Şükürov yeni vəzifə aldı
Türkiyənin "Karşıyaka" klubunda çıxış edən Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürov yeni mövqedə sınaqdan çıxarılacaq. Sportnet.az-ın məlumatına görə, yanvarın 4-də I Liqada lider "Kayserispor"la vacib görüşdə Şükürov dayaq yarımmüdafiəçisi kimi çıxış edəcək.
Bu barədə qərarı baş məşqçi Yusuf Şimşək verib. Şimşəki bu addıma Cenkin cəzalı, Mehmet Yigidin isə zədəli olması vadar edib. O, stopper mövqeyində Yenal və Mehmet Ayazı da sınaqdan çıxarıb. Lakin baş məşqçi Şükürova güvənməyi qərara alıb. Həmyerlimiz Ramazan Salla birgə dayaq yarımmüdafiəçisi kimi oynayacaq.
Qeyd edək ki, "Karşıyaka" - "Kayserispor" matçı sabah Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.