
AFFA-nın Məşqçilər Komitəsinin üzvləri klublarımızın hazırlıq prosesi ilə yaxından maraqlanacaq. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, komitənin sədri Vaqif Sadıqov, üzvləri Ağasəlim Mircavadov, Şahin Diniyev və Şakir Qəribov yanvarın 14-dən 24-dək Türkiyənin Antalya şəhərində, Böyükağa Hacıyev isə ölkəmizdə hazırlıq keçən klublarımızın məşqlərini və yoxlama oyunlarını izləyəcək.