
"Qəbələ”nin yarımmüdafəçisi Tellur Mütəllibovu və "Neftçi”nin müdafiəçisi Rail Məmmədovu növbəti toplanışlarda U-21-in heyətinə cəlb etmək fikrindəyik". Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının baş məşqçisi Yaşar Vahabzadə "affa.az"a açıqlamasında deyib.
O, Türkiyənin Antalya bölgəsində klubların əsas və əvəzedici komandaları ilə yanaşı, təlim-məşq toplanışında olan yığmalarımızın oyunlarını da izlədiklərini bildirib. Vahabzadənin sözlərinə görə, bir neçə futbolçu müsbət mənada diqqəti cəlb edib: "Yığmada yeni adların olacağı istisna deyil. Maraq dairəmizdə olan və adını çəkmək istəmədyim digər futbolçular isə hələ ki öz üzərlərində bir qədər də çalışmalıdırlar”.





































































