
Voleybolçu qadınlardan ibarət "Lokomotiv" klubu bu gün CEV Kubokunda 1/4 final mərhələsinin cavab görüşünə çıxacaq. Rəqib Rusiyanın "Dinamo" (Krasnodar) komandası olacaq.
Krasnodardakı "Olimp" İdman Sarayında baş tutacaq qarşılaşmanı serbiyalı Ancelko Popoviç və belaruslu Sergey Vaytsiakoviç idarə edəcək. Bu komandalar arasında ötən həftə Bakıda keçirilmiş ilk qarşılaşmada "Lokomotiv" qalib gəlib - 3:0. Bakı komandasına növbəti mərhələyə yüksəlmək üçün cavab görüşündə 2:3 hesablı məğlubiyyət də yetərlidir. "Lokomotiv" digər hesablarla uduzacağı halda, oyun "tay-breyk"ə uzanacaq.
20:30. "Dinamo" (Krasnodar, Rusiya) - "Lokomotiv" (Bakı, Azərbaycan) - 0:3 (14:25, 19:25, 17:25. qızıl set - 13:15)