Azərbaycanın voleybolçu qadınlardan ibarət "Azərreyl" klubu Çelenc Kubokunda mübarizəni dayandırıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Vüqar Əliyevin komandası 1/8 finalda Norveç "Stod Volley" səddini keçə bilməyib.
Bakıdakı Voleybol Mərkəzində keçirilən cavab görüşündə "Azərreyl" "qızıl set"də uduzub. Norveçdəki ilk görüşdə 1:3 hesabı ilə yenilən Azərbaycan təmsilçisi təkrar qarşılaşmanın əsas bölümündə üstün olub - 3:0 (25:19, 25:20, 25:21). Qaydalara görə, bu halda, əlavə yarım set təyin olunub. "Qızıl set" adlanan set gərgin alınıb. Yekunda "Azəryol" 16:18 hesabı ilə uduzaraq, Çelenc Kuboku ilə vidalaşıb.
Qeyd edək ki, daha öncə "Lokomotiv" CEV Kubokunda mübarizəni 1/4 finalda dayandırıb.