1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |
Azərbaycan güləşçiləri liderliyini qorudu
UWW (Dünya Güləş Birliyi) 2015-ci ilin martında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb. Sportnet.az-ın Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, yunan-Roma güləşi üzrə reytinq siyahısına 8 azərbaycanlı güləşçinin adı daxil edilib.
Rəsul Çunayev (71 kq) və Rafiq Hüseynov (80 kq) ötən ay olduğu kimi birinciliklərini qoruyub. Həsən Əliyev (66 kq), Saman Təhmasibi (85 kq) və Elvin Mürsəliyevin (75 kq) də mövqeyində dəyişiklik baş verməyib. Saman Təhmasibi 2-ci, Əliyev və Mürsəliyev müvafiq olaraq siyahıda 5-ci yerdədir.
Ötən ay keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanan İslam Abbasov isə (85 kq) 2 pillə irəliləyərək 6-cı sıraya yüksəlib.
59 kq
14. Taleh Məmmədov - Təxti Kuboku turniri 1-ci yer (13)
66 kq
5. Həsən Əliyev - DÇ 5-ci yer (5)
17. Kamran Məmmədov - Paris Qran Pri turniri 2-ci yer (13)
71 kq
1. Rəsul Çunayev - DK 1-ci yer (1)
75 kq
5. Elvin Mürsəliyev - DÇ 3-cü yer (5)
80 kq
1. Rafiq Hüseynov - DK 1-ci yer (1)
85 kq
2. Saman Təhmasibi - DÇ 2-ci yer (2)
6. İslam Abbasov - U-23 AÇ 3-cü yer (8)