
FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirir. Sportnet.az-ın məlumatına görə, rəqib Belarus yığmasıdır.
Hər iki komanda ikinci mərhələdə G və H qruplarını 3-cü pillədə başa vurublar. Reqlamentə əsasən, onlar 5-ci yer uğrunda görüşdə üz-üzə gəlirlər. Matç Peterburqski İdman-Konsert Kompleksində keçirilir.
15:30. Belarus - AZƏRBAYCAN - 1:1 (Penaltilərlə: 5:6)
Qol: İlkin Sadıqov, 20 - penalti ilə - Roman Yuzelçuk, 67







































































