Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə ilin ilk beynəlxalq yarışlarına qatılacaq.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, milli üzvü baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Tunisə yola düşüb.
Quluzadə, 2 - 5 fevralda Tunisin eyni adlı paytaxtında keçiriləcək "WTT Youth Contender Tunis 2026", 6 - 8 fevralda isə "WTT Youth Star Contender Tunis 2026" yarışlarında bacarığını göstərəcək.
Qeyd edək ki, Onur Quluzadə bundan əvvəl istirak etdiyi analoji turnirlərin dəfələrlə qalibi və mükafatçısı olub.










































































