"Çox sevindirici haldır ki, bu dəfə fəxri kürsüyə çıxmağı bacardım".
Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Baku Open"də bürünc medal qazanan Azərbaycan şahmatçısı Xəzər Babazadə deyib.
O, qarşıdakı hədəfindən də danışıb:
"Keçən il medalın bir addımlığında idim, 4-cü olmuşdum. Daha bir yaxşı hal odur ki, 2-ci normamı topladım. Keçən il də burada toplamışdım. Yaxın müddətdə də sonuncunu toplayaraq qrossmeyster olmaq istəyirəm".
Qeyd edək ki, bu kateqoriyada birinci yeri Sina Movahed (İran) tutub.

















































































