 
	Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib. 
	
		
	Sportnet.az xəbər verir ki, yığma V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb - 2,5:1,5. 
	
		
	Yığmanın heyətində Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heş-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb. 
	
		
	V turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir. 
	 
	
		Azərbaycanın qadınlardan ibarət milli komandası isə V turda Yunanıstan kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb - 3:1. 
		
			
		Xanım Balacayeva və Ülviyyə Fətəliyeva rəqiblərini məğlub edib. Gülnar Məmmədova və Zeynəb Məmmədyarova isə görüşlərini heç-heçə ilə başa vurub. 
		
			
		Bu nəticədən sonra qadınlardan ibarət Azərbaycan milli komandası 43-cü Ümumdünya Şahmat Olimpiadasında 8-ci xalını qazanıb.
		  
	
Komandaların heyətləri:
	
Ermənistan - Azərbaycan - 1,5:2,5
Levon Aronyan - Şəhriyar Məmmədyarov - 0:1
Qabriel Sargissyan - Teymur Rəcəbov 0 :1 
Qrant Melkumyan - Arkadi Naydiç - 1:0 
Hayk Martirosyan - Rauf Məmmədov - 0,5 - 0,5 
	
Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb.
	
Yunanıstan - Azərbaycan
Anna-Mariya Botsari - Zeynəb Məmmədyarova - 0,5:0,5
Stavrula Tsolakidu - Xanım Balacayeva - 0:1 
Anastasiya Avramidu - Gülnar Məmmədova - 0,5:0,5 
Haritomeni Markantonaki - Ülviyyə Fətəliyeva - 0:1
	
Balacayeva və Fətəliyeva ağ, Məmmədyarova və Məmmədov qara fiqurlarla çıxış edib.