1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Teymur Rəcəbov gürcüyə uduzub ermənini üstələdi
Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalına yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycanı təmsil edən Teymur Rəcəbov ənənəvi turniri 6 xalla 8-ci pillədə başa vurub.
Rəcəbov son turda qara fiqurlarla gürcüstanlı Bahadur Cobavaya uduzub. Bu qələbə sayəsində Cobava xallarını 3-ə çatdırsa da, sonuncu pillədən qurtula bilməyib. O, 3 xalla 14-cü yeri tutub. Rəcəbov isə 6 xalla 8-ci olub və ermənistanlı Levon Aronyanı yarım xal qabaqlayıb.
Qeyd edək ki, 14 şahmatçının iştirak etdiyi turnirdə qalib adını dünya çempionu Maqnus Karlsen qazanıb. Norveçli qrossmeyster 9 xal toplayıb.