Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində növbəti görüşlərini keçirib.
Sportnet.az-ın məlumatına görə, II turda qara fiqurlarla fransalı Maksim Vaşye-Laqrava qarşı oynayan 34 yaşlı qrossmeyster 41-ci gedişdə təslim olub.
Təcrübəli şahmatçı günün son oyununda FIDE bayrağı altında çıxış edən Alireza Firuzca ilə üz-üzə gəlib. Bu dəfə "ağlar"la oynayan Rəcəbov 48-ci gedişdə rəqibini məğlub edib.
Qeyd edək ki, ilk üç turdan sonra 3 xalı olan Rəcəbov Fabiano Karuana (ABŞ) və Vaşye-Laqravla birlikdə 5 - 7-ci yerləri bölüşdürür. O, sabah Pyotr Svidler (Rusiya), Uesli So (ABŞ) və Karuana ilə münasibətlərinə aydınlıq gətirəcək.
-------------------------------
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində ilk görüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, 34 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov 25-ci gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb.
Təcrübəli şahmatçı bu gün daha 4 görüşdə qüvvəsini sınayacaq. O, ardıcıl olaraq, Maksim Vaşye-Laqrav (Fransa), Alireza Firuzca (FIDE), Pyotr Svidler (Rusiya) və Uesli So ilə üz-üzə gələcək.